Püskürtmə dəsti nədir?
Püskürtmə dəsti bizə məxsus olan xüsusi formula ilə çim toxumu, maye gübrə və təbii piqment maddələrin qarışımından ibarətdir. Hazırlanmış qarışıq hazır torpağa püskürdülür. Toxumun cücərməsi və inkişafı üçün lazımi mühit təmin olunduğundan cücərmə tez və keyfiyyətli olur. Ot kökləri güclü olduğundan onun torpaqla təması daha sıx olur.
İstifadə qaydası: İlk öncə paketdəki toxumlar püskürtmə qabına əlavə olunur. Yuxarıdakı xəttə qədər su əlavə etdikdən sonra dəstin qapağını bağlayın və 30 saniyə çalxalayın. Çalxaladıqdan sonra qıfı kanistrın ağzına bağlayırsınız və qarışıq istifadəyə hazır olur. Püskürtmə çim üsulu tətbiq olunduqdan sonra həmin ərazini tapdalamayın və toxumların cücərməsini gözləyin.



